Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə şəhərlərarası, eləcə də Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) istiqamətində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən məlumata görə, Bakı-Sınıq Körpü marşrutları üzrə hüquqi şəxslər “Kaspian Ekspress” MMC və “Xan Sarayı” MMC; Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC; Bakı-Qusar marşrutu üzrə hüquqi şəxs “Aliosman Ağasoy” MMC; Bakı-Xudat marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC; Bərdə-Göyçay marşrutu üzrə fiziki şəxs Bayramov Şəhriyar Hidayət oğlu; Samux (Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) və Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə isə hüquqi şəxs “Kamil Avtonəqliyyat” MMC qalib elan olunublar. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq. Bu barədə Primeinfo.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. AYNA-dan bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
Bu ilin yanvar-iyul ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 700 598 bilet əldə edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Paytaxtın Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsiilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA), Primeinfo.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 7-10 avqust tarixlərində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağaBakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
Paytaxtın Təbriz küçəsində, metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a bildirilib ki, qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq. Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur.
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a bildirilib ki, qurum tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir- Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir, Beyləqan-Gəncə istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Sənədlər 1 sentyabr saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.