Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

“Biletim.az” portalına yeni funksiya əlavə olunub

“Biletim.az” portalına yeni funksiya əlavə olunub

“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub. Primeinfo.az bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Yenilik portal üzərindən qeydiyyat prosesini sürətləndirmək və sərnişinlərin təkrar qeydiyyatlarının qarşısını almaq məqsədi daşıyır.

WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb

WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb

Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası(WUF13) çərçivəsində Azərbaycan YerüstüNəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların vətədbir iştirakçılarının “Neoplan” markalı və elektrikliavtobuslarla rahat, fasiləsiz və təhlükəsizdaşınması təmin edilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib.  

Ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb - FOTO

Ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb - FOTO

Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırılıb və nişanlanma xətləri təşkil olunub. Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib ki, sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq “5.15” – “duracaq yeri” yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO

Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO

Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, ərazidə “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla minib-düşmə yeri təşkil olunub.

Naxçıvanda İcazə blanklarının verilməsi yeni ünvanda

Naxçıvanda İcazə blanklarının verilməsi yeni ünvanda

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvan şəhərində sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi yeni ünvanda təşkil edilir. Primeinfo.az xəbər verir ki, mayın 23-dən Naxçıvan şəhəri, Atatürk küçəsi 1 ünvanında yerləşən Mərkəzi Poçt şöbəsində daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün xarici ölkələrin İcazə blanklarının verilməsi xidməti göstəriləcək. Yeni ünvanda xidmətlərin təqdim edilməsi sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir.

WUF13-lə bağlı çəkilmiş xüsusi hərəkət zolaqları qüvvədən düşür - Tarix AÇIQLANDI

WUF13-lə bağlı çəkilmiş xüsusi hərəkət zolaqları qüvvədən düşür - Tarix AÇIQLANDI

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu barədə Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq.

Bu parklarda piyada marşrutu formalaşdırılır - FOTO

Bu parklarda piyada marşrutu formalaşdırılır - FOTO

Bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verildi. Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib ki, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib.

Bu küçə və prospektlərdə mikromobillik zolaqları təşkil edilib - FOTO

Bu küçə və prospektlərdə mikromobillik zolaqları təşkil edilib - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Primeinfo.az-a AYNA-dan verilən məlumata görə, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb - AYNA

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb - AYNA

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.