“Biletim.az” portalı istifadəçilərinin rahatlığının təmin edilməsi məqsədilə tətbiqə daha bir funksiya əlavə olunub. Primeinfo.az xəbər verir ki, vətəndaşlara artıq “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqlahər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb. İndiyədək portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi.
Paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur.
Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivini Cəmşid Naxçıvanski küçəsi ilə əlaqələndirən 214 nömrəli və qəsəbənin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, iyulun 1-dən yeni daşıyıcı (“Çinar-Trans” MMC) xəttin istismarını həyata keçirəcək. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Bildirilib ki, 214 nömrəli marşrut xəttində 15, 214A nömrəli marşrut xəttində isə 8 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qax rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Qax şəhərinin Heydər Əliyev və Azərbaycan prospektləri, Ü.Hacıbəyli, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, N.Nərimanov, İ.Mustafayev, S.Qocayev küçələrində üfüqi nişanlanma xətlərinin və piyada keçidlərinin yenilənməsi həyata keçirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 və 20 nömrəli şəhərdaxili, eləcə də Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir, Gəncə–Şamaxı, Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə, Zərdab–Gəncə, Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay şəhərlərarası, həmçinin Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.
2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (“Piramida” tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (UITP) üzv qəbul olunub. AYNA-dan Primeinfo.az-a verilən xəbərə görə, məqsəd ictimai nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa töhfə vermək, təşkilata üzvlük çərçivəsində təqdim olunan tərəfdaşların geniş şəbəkəsinə və peşəkar resurslara qoşulmaq, təcrübədən yararlanmaq, məlumat mübadiləsi və aidiyyəti xarici rəsmi qurumlarla əməkdaşlığı gücləndirməkdir. İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzvlüyün ölkəmiz üçün bir sıra üstünlükləri var.
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələn vətəndaşlar üçün rahatlığın artırılması məqsədilə daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Mətbuat Xidmətindən bildirilib ki, 3, 5 və 33 nömrəli şəhər poliklinikalarının, eləcə də 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və “Diamed Hospital”ın yaxınlığında sərnişinlərin minib-düşməsini təmin etmək üçün xüsusi yerlər və taksilər üçün duracaqlar yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən “Digital Finance” layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda (Bolt və Uber/Yango) yeni rəqəmsal həll tətbiq edilib. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib.