Azərbaycanda daha bir neçə avtobus marşrutunun istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Qazax–Mingəçevir, Qazax–Tərtər şəhərlərarası, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, sərnişin daşımalarının daha səmərəli təşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılan addımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb.
Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Dəyişikliyə səbəb Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.
Zabrat-Maştağa yolunda aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bir sıra marşrutların hərəkətində ləngimələr yarana bilər. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd olunub ki, ləngimələrin 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli marşrutların hərəkətində yarana bilmə ehtimalı var.
25 və 26 mart tarixlərində aidiyyəti qurum tərədindən Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Primeinfo.az bildirir ki, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək. Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bayram günlərində “Bakı KOB evi”ndə vətəndaşlara operativ xidmətin göstərilməsini davam etdirir. Primeinfo.az xəbər verir ki, 22, 25 və 28 mart tarixlərində AYNA-nın əməkdaşları tərəfindən beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün daşıyıcılara “İcazə” blanklarının, həmçinin taksi va avtobuslarla müntəzəm şəhərdaxili sərnişin daşımalarını üçün “Fərqlənmə nişanı”nın verilməsi üzrə xidmət göstəriləcək.
Martın 20-də paytaxtdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb. Primeinfo.az xəbər verir ki, sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib. Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihə icra olunub. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, ərazidəki arakəsmə ləğv edilib və Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilib.
Azərbaycanda daha bir neçə avtobus marşrutları istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Mingəçevir, Bakı-Qax, İmişli-Gəncə, Qəbələ-Gəncə, Gəncə-Gədəbəy, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub.