Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Bilgəh qəsəbəsi, Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, məhdudiyyət səbəbindən 14–16 iyul tarixlərində 172 nömrəli müntəzəm marşrutun hərəkəti Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh–Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil edilir.

6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib - AYNA

6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib - AYNA

Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir. Məlumata görə, 11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun “Azadlıq prospekti” stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.

Skuter sürənləri gözləyən CƏRİMƏLƏR

Skuter sürənləri gözləyən CƏRİMƏLƏR

Son dövrlər əhali arasında velosiped və skuterlərdən istifadəyə maraq xeyli artıb. Məhz bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müasir şəhər konsepsiyası çərçivəsində velosiped zolaqları şəbəkəsinin yaradılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində intensiv işlər həyata keçirilir. AYNA-dan Primeinfo.az-a verilən məlumata görə, paytaxtın mikromobillik infrastrukturu mütəmadi olaraq təkmilləşdirilir.

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 166, 207, 440, 441, 443 və 447 nömrəli şəhərətrafı, Bakı-İsmayıllı, Bakı-Daşkəsən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Şabran, Sumqayıt-Naftalan, Sumqayıt-Ağsu, Sumqayıt-Cəbrayıl, Gəncə-Zaqatala, Gəncə-Balakən, Balakən-Gəncə, Mingəçevir-Gəncə, Mingəçevir-Qax, Mingəçevir-Qəbələ, Ağdaş-Gəncə, Şəki-Gəncə, Şəki-Oğuz, Qəbələ-Şəki, Oğuz-Gəncə, Bərdə-Zaqatala, Bərdə-Şəki, Bərdə-Gəncə, Şirvan-Şamaxı və Neftçala-Sumqayıt istiqamətlərində, eləcə də Ağcabədi şəhəri üzrə 1 və 2 nömrəli şəhərətrafı  avtobus marşrutlarını müsabiqəyə çıxarır. Primeinfo.az xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 7 avqust 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42 faizi yenilənib

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42 faizi yenilənib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2026-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub. AYNA-dan Primeinfo.az-a bildirilib ki, 2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, bu ilin 6 ayında isə 130 marşrut reysi üzrə müsabiqə keçirilib. Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “Isuzu”, “JAC Sunray”, Jac Ankai, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon”, “Zhonthong” markalı 145 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.

Bakıda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb - FOTO

Bakıda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb - FOTO

Hazırda paytaxt ərazisində velosiped yollarının uzunluğu 66,6 km-ə çatdırılıb. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir.

Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı - AYNA

Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün daha da əlçatan olması istiqamətində tədbir görülüb. Primeinfo.az xəbər verir ki, bu məqsədlə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib. Yeni şatllardan biri – C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.

3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir - AYNA

3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir - AYNA

Bakının bəzi küçələrində aparılan təmir işləri ilə əlaqədar 3 müntəzəm avtobus marşrutunun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, 5-7 iyul tarixlərində paytaxtın Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bakıda 10 avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi - AYNA

Bakıda 10 avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi - AYNA

  Paytaxtın bəzi küçələrində aparılan təmir işləri ilə əlaqədar 10 müntəzəm avtobus marşrutunun hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, paytaxtın Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Vaqif prospekti ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

16 yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - AYNA - FOTO

16 yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - AYNA - FOTO

Daha 14 tibb və 2 sosial xidmət müəssisəsinin yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidmətindən məlumat verilib. “Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb”, – deyə agentliyin Mətbuat xidmətindən bildirilib.