Bu ilin sentyabrında Bakıda mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çox artım deməkdir.
Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Görülən işlər çərçivəsində Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib. Belə ki, Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti aralığında olan zolaq uzadılaraq Salatın Əsgərova küçəsinə kimi davam etdirilib.
Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 2 tərəzi M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Bakı və Qazax istiqamətlərində, 1 tərəzi isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 18-ci km-də, Sabirabad rayonu ərazisində paytaxt istiqamətində quraşdırılıb.
Bakının Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib. Moskva prospekti, “20 Yanvar” dairəsindən “Şamaxinka”ya gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.
Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Primeinfo.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bu çərçivədə 2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.
Sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri “brutto müqavilə” modelinə keçirilib. Növbəti mərhələdə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu sistemə inteqrasiya olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Paytaxtın Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.
Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən metronun “Avtovağzal” stansiyasından ödənişsiz istifadə etmək mümkündür.
Sərnişindaşıma xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Primeinfo.az-a bildirilib ki, müsabiqəyə Bakı şəhərinin 22, 31, 67 və 92 nömrəli şəhərdaxili, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhərinin 5 nömrəli şəhərdaxili, eləcə də bir sıra şəhərlərarası və rayonlararası avtobus marşrutları təqdim olunub. Şəhərlərarası marşrutlar sırasında Bakı–Gəncə, Bakı–İsmayıllı, Bakı–Şabran, Bakı–Siyəzən, Bakı–Sabirabad, Bakı–Göyçay, Bakı–İmişli, Sumqayıt–Naftalan, Sumqayıt–Xankəndi–Laçın, Kəlbəcər–Tərtər, Tərtər–Xankəndi, Mingəçevir–Qax, Mingəçevir–Ağcabədi, Şəki–Gəncə, Bərdə–İsmayıllı və Tərtər–Bərdə istiqamətləri yer alır.