Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hörmüz boğazı

Hörmüz boğazı minalardan təmizlənib

Hörmüz boğazı minalardan təmizlənib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bütün minalardan təmizləndiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. Tramp Hörmüz boğazındakı bütün minaların zərərsizləşdirildiyini qeyd edib.

Tramp ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb

Tramp ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb

“ABŞ Hörmüz boğazının bütün bölgəsi üzərində tam nəzarətə malikdir”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bildiyiniz kimi, sərhəd üzərində tam nəzarətimiz var.

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai regionda neftlə çirklənmənin dəniz ekosisteminə vurduğu zərərin trilyonlarla dollarla ölçüləcəyini bildirib. Primeinfo.az  xəbər verir ki, İ.Bəqai bu barədə “X” sosial şəbəkəsində yazıb. İran XİN nümayəndəsi paylaşımına Kiş adası sahillərində çirklənməni əks etdirən videomaterial əlavə edib və hadisəyə xarici gəminin səbəb olduğunu bildirib.

Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır

Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır. Primeinfo.az İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbuat konfransında bildirib. “Omanla Hörmüz boğazının idarə edilməsinin hüquqi mexanizmi və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir.

XİN: “İran və Omanın Hörmüzlə bağlı birgə bəyanatı yekun mərhələdədir”

XİN: “İran və Omanın Hörmüzlə bağlı birgə bəyanatı yekun mərhələdədir”

İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz kommersiya gəmiçiliyinin təmin olunmasına dair birgə bəyanat yekun hazırlıq mərhələsindədir. Primeinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, İran və Oman Hörmüz boğazına sahili olan iki dövlət kimi son iki ay ərzində boğazda kommersiya gəmiləri üçün təhlükəsiz marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub

Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub

ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu  ləğv etməsinin səbəbi məlum olub. Primeinfo.az İsrailin N12 telekanalına istinadən xəbər verir ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub. Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.

İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb

İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb

İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub. “İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır”, – bəyanatda deyilir.

Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir

ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni və əhatəli hərbi əməliyyatların keçiriləcəyini bəyan etməsi, Hörmüz boğazında neftlə dolu tankerin raket zərbəsi ilə vurulması (tankerin hansı dövlətə məxsus olduğu və nə qədər neft daşıdığı araşdırılır) və İranın pilotsuz uçan aparatları (PUA) ilə Küveytə genişmiqyaslı hərbi hücumu dünya enerji bazarında neftin qiymətinin bahalaşmasının yeni mərhələsinin başlamasına səbəb olub. Primeinfo.az  xəbər verir ki, London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 92,12, WTI 84,61 dollara kimi artıb. Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 100 dollara çatıb.