İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz kommersiya gəmiçiliyinin təmin olunmasına dair birgə bəyanat yekun hazırlıq mərhələsindədir. Primeinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, İran və Oman Hörmüz boğazına sahili olan iki dövlət kimi son iki ay ərzində boğazda kommersiya gəmiləri üçün təhlükəsiz marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparır.
ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub. Primeinfo.az İsrailin N12 telekanalına istinadən xəbər verir ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub. Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.
İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub. “İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır”, – bəyanatda deyilir.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni və əhatəli hərbi əməliyyatların keçiriləcəyini bəyan etməsi, Hörmüz boğazında neftlə dolu tankerin raket zərbəsi ilə vurulması (tankerin hansı dövlətə məxsus olduğu və nə qədər neft daşıdığı araşdırılır) və İranın pilotsuz uçan aparatları (PUA) ilə Küveytə genişmiqyaslı hərbi hücumu dünya enerji bazarında neftin qiymətinin bahalaşmasının yeni mərhələsinin başlamasına səbəb olub. Primeinfo.az xəbər verir ki, London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 92,12, WTI 84,61 dollara kimi artıb. Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 100 dollara çatıb.
Qətərdən mayeləşdirilmiş maye qaz daşıyan “GasLog Shanghai” tankeri Hörmüz boğazında naməlum mərminin zərbəsinə məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg ” məlumat yayıb. Məlumata görə, zərbə nəticəsində gəmi zədələnib.
Radar sistemini söndürən neft tankeri Hörmüz boğazında minaya düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Defa Press”ə məlumatlı mənbə bildirib. “Bir saat əvvəl Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənara çıxan tanker dəniz minasına düşüb”, – o qeyd edib.
İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması barədə müzakirələr keçirilib. Primeinfo.az “Mehr” Xəbər Agentliyinə istinadən xəbər verir ki,bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai jurnalistlərin suallarını cavablandırarkən danışıb. “Cümə və şənbə günləri Tehranda İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar keçirilib.
İran nə Birgə Hərtərəfli Fəaliyyət Planı, nə də İslamabad sazişi çərçivəsində öz öhdəliklərini pozub. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib. “İranın ABŞ-nin təcavüzünə qarşı mübarizə aparmaqdan başqa çarəsi yoxdur”, – İ.
“Mombasa” və “Əl-Bəhiyə” tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki qanadlı raketi tərəfindən hücuma məruz qalıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi “X” hesabında məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində “Mombasa” tankerinin bir heyət üzvü – Hindistan vətəndaşı həyatını itirib.
Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. “Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq.