Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacaq"

13.07.2026 20:57

Tramp: "Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacaq"

Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və ya onun müştərilərinin boğazdan giriş-çıxışını məhdudlaşdırır. Bütün digər ölkələr Hörmüz boğazından sərbəst və ədalətli şəkildə istifadə edə biləcəklər”, – ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, bundan sonra ABŞ özünü “Hörmüz boğazının mühafizəçisi” hesab edəcək.

“ABŞ bu andan etibarən “Hörmüz boğazının mühafizəçisi” kimi tanınacaq. Lakin ədalət naminə təhlükəsizliyin təmin edilməsi üçün çəkilən bütün xərclərin əvəzi ödənilməlidir. Buna görə də boğazdan daşınan bütün yüklər üzrə 20 faiz həcmində ödəniş alınacaq. Bu prosesin formalaşdırılmasına dərhal başlanılacaq”, – Tramp vurğulayıb.

Paylaş: