İran ABŞ-ın Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə vermir və heç vaxt da buna icazə verməyəcək. Primeinfo.az xəbər verir ki, bunu İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib. O bildirib ki, İran ABŞ ordusu tərəfindən tankerlərin və ticarət gəmilərinin tranzitinə yaradılacaq hər bir maneə və təhlükənin qarşısını qətiyyətlə alacaq.
ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürür. Primeinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb. “Biz Hörmüz boğazına nəzarəti öz üzərimizə götürürük.
Birləşmiş Dəniz Məlumat Mərkəzi (Joint Maritime Information Center – JMIC) Hörmüz boğazının cənub marşrutunun gəmilərin hərəkəti üçün əlçatan olaraq qaldığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında yayımladığı bəyanatda bildirilib. Mərkəz eyni zamanda regionda təhlükə səviyyəsinin yüksək olduğunu qeyd edib.
Yaxın Şərqin dəniz yollarında hərbi qarşıdurma artıq idarəolunmaz fazaya keçib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Şərq vaxtı ilə saat 19:15-də ABŞ qüvvələri İrana qarşı bu həftə ərzində üçüncü zərbə dalğasına başlayıb. Bəyanata görə, əməliyyat İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazından keçən, Kipr bayrağı altında üzən “M/V GFS Galaxy” konteyner gəmisinə hücumuna cavab olaraq həyata keçirilib. Primeinfo.az xəbər verir ki, hücum nəticəsində mülki ekipaj üzvlərindən biri itkin düşüb, gəmidə yanğın baş verib və mühərrik bölməsinə ciddi ziyan dəydiyi üçün gəmi səfərini davam etdirə bilmir.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) İdarəetmə Şurası ölkələri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını və gəmi hərəkətinə nəzarət etmək üçün yaratdığı qurumu tanımamağa çağırıb. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü qəbul etdiyi sənəddə qeyd olunub. Sənəddə bildirilir ki, dövlətlər İranın Hörmüz boğazı üzərində nəzarəti birtərəfli qaydada ələ keçirmək cəhdlərini rədd etməlidir.
İran və ABŞ arasında texniki danışıqların növbəti raundu, çox güman ki, Pakistanda keçiriləcək, lakin İsveçrədə keçirilməsi də istisna olunmur. Primeinfo.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Pakistanın “Dawn” portalı məlumat yayıb. “Texniki danışıqların təşkili üçün iki variant var – İslamabad və Bürgenstok.
Tehran Hörmüz boğazında gəmiçiliyin yeni qaydalarının tətbiqini nəzərdən keçirir və dost ölkələr üçün xüsusi şərtlər müəyyən edilə bilər.
Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib.
İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda “qətiyyətli cavabla” üzləşəcəklərini bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb. “İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq.