Xəbər axtarın

Son axtarış nəticələri:

SEPAH Hörmüz boğazında daha bir gəmiyə atəş açıb

12.07.2026 14:45

SEPAH Hörmüz boğazında daha bir gəmiyə atəş açıb

Yaxın Şərqin dəniz yollarında hərbi qarşıdurma artıq idarəolunmaz fazaya keçib.

Primeinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü Hörmüz boğazında sayca ikinci ticarət gəmisinə zərbə endirdiyini rəsmən elan edib. İranın dövlət telekanalı “IRIB”-in yaydığı təcili xəbərdə SEPAH-ın bu bəyanatı yer alıb: “Hörmüz boğazından keçid qaydalarını pozmaqda ittiham olunan ikinci gəmi də uğurla atəşə tutulub”.

Hər iki ticari gəmiyə hücum Rəsmi Tehranın bu strateji su yolunu beynəlxalq gəmilərin hərəkəti üçün tamamilə bağladığını elan etməsindən dərhal sonra baş verib. İrandan gələn bu aqressiv addımlara ABŞ tərəfi də dərhal hərbi cavab verib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, bazar gününə keçən gecə Amerika hərbi aviasiyası və donanması İrana qarşı genişmiqyaslı yeni zərbələr dalğası həyata keçirib.

ABŞ-ın bu əməliyyatı İran tərəfinin Hörmüz boğazında Kipr bayrağı altında üzən birinci ticarət gəmisini atəşə tutmasına cavab olaraq gerçəkləşdirilib. Regionda tərəflərin bir-birinə qarşılıqlı raket və hava zərbələri endirməsi qlobal neft daşımalarını və dünya iqtisadiyyatını böyük təhlükə altına qoyur.

Paylaş: