Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hörmüz boğazı

Pezeşkian: "İran Hörmüzdə təhlükəsiz keçid üçün addımlar atacaq"

Pezeşkian: "İran Hörmüzdə təhlükəsiz keçid üçün addımlar atacaq"

İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb. Primeinfo.az IRNA agentliyinə istinadən xəbər verir ki, Pezeşkian Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə hazır olduqlarını bildirib. Yaponiya Baş naziri Hörmüz boğazında gəmilərin hərəkətinin tam bərpasına çağırış edib.

İran və ABŞ arasında gizli 14 bəndlik saziş

İran və ABŞ arasında gizli 14 bəndlik saziş

İran ilə Amerika Birləşmiş Ştatları arasında gələcəkdə imzalanması nəzərdə tutulan tarixi sazişin yerinə yetirilməsinə hansı qüvvələrin nəzarət edəcəyi ilə bağlı Tehranda çox ciddi və gizli müzakirələr başlayıb.

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. “Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidini təmin edib”, – məlumatda bildirilib.

"Hörmüzdən keçid qaydası əvvəlki kimi olmayacaq" - Ali Baqeri

"Hörmüzdən keçid qaydası əvvəlki kimi olmayacaq" - Ali Baqeri

İran və Oman Hörmüz boğazından keçidin yeni mexanizminin müəyyən edilməsi ilə bağlı danışıqlar aparır, o artıq əvvəlki kimi olmayacaq. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Rusiyada Beynəlxalq Təhlükəsizlik Forumunda jurnalistlərə bildirib. “Konkret olaraq Hörmüz boğazına gəldikdə, şübhəsiz ki, oradan keçid şərtləri və qaydası əvvəlki kimi olmayacaq, tamamilə fərqli bir qayda yaranacaq.

NYT: ABŞ ilə memorandum 25 milyard dollarlıq İran aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur

NYT: ABŞ ilə memorandum 25 milyard dollarlıq İran aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur

İran və ABŞ tərəfindən hazırlanan memorandum digər məsələlərlə yanaşı, sülh sazişi bağlanacağı halda, İranın xaricdəki 25 milyard dollar məbləğində aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur. Primeinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İran mənbələrinə istinadən yazıb. Bununla belə, söhbətin məhz ABŞ-də, yoxsa digər ölkələrdə dondurulmuş aktivlərdən getdiyi dəqiqləşdirilməyib Nəşrin məlumatına görə, razılaşma həmçinin bütün hərbi əməliyyatların, o cümlədən Livanda İsrail və “Hizbullah” qruplaşması arasındakı döyüşlərin dayandırılmasını, eləcə də Hörmüz boğazının Tehran tərəfindən rüsumlar tətbiq edilmədən müvəqqəti açılmasını nəzərdə tutur.

Avropa ölkələri SEPAH ilə danışıqlara BAŞLADI

Avropa ölkələri SEPAH ilə danışıqlara BAŞLADI

İran mediasının yaydığı məlumatlara görə, Avropa ölkələri öz gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə danışıqlara başlayıb.  Primeinfo.az xəbər verir ki, bu barədə İranın İRİB dövlət televiziyasının müxbiri məlumat yayıb. Məlumata görə, təmasların aktivləşməsi son günlər Çin, Yaponiya və Pakistana məxsus gəmilərin sözügedən boğazdan uğurlu keçidindən sonraya təsadüf edib.

Trampdan müəmmalı İran AÇIQLAMASI: "Düzgün qərarı mən verəcəyəm"

Trampdan müəmmalı İran AÇIQLAMASI: "Düzgün qərarı mən verəcəyəm"

ABŞ prezidenti Donald Tramp əmindir ki, İranın Hörmüz boğazını açmasına nail olacaq. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə Fox News-a verdiyi müsahibədə danışıb: “Mən düzgün qərarı verəcəyəm. Boğaz açıq olacaq, İran nüvə silahından azad olacaq və dünya normal həyatına davam edəcək”.

İran Hörmüzdən sui-istifadə etməyə başlayıb

İran Hörmüzdən sui-istifadə etməyə başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli media qurumları Hörmüz boğazından keçən dənizaltı fiber-optik kabellərə nəzarət etmək üçün maliyyə və hüquqi mexanizmlərin tətbiqini təklif ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Xüsusilə, agentlik bildirib ki, bu strateji dəniz dəhlizindən keçən kabellər qlobal rəqəmsal infrastruktur və beynəlxalq maliyyə əməliyyatları üçün vacibdir.

Qırmızı dəniz və Hörmüzdə hərbi aktivlik artır: Britaniya esminesi əməliyyata qoşulur

Qırmızı dəniz və Hörmüzdə hərbi aktivlik artır: Britaniya esminesi əməliyyata qoşulur

Böyük Britaniya “HMS Dragon” esminesini Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq missiyaya cəlb etməyə hazırlaşır. Primeinfo.az xəbər verir ki, bu barədə “Sky News” Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, martın 10-da “HMS Dragon” esminesi İngiltərənin Portsmut limanından yola düşərək Britaniyanın Akrotiri aviabazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə göndərilib.