ABŞ-ın Yaxın Şərqdəki yeni hərbi strategiyası müttəfiqləri arasında ciddi narahatlıq və parçalanma yaradıb. Primeinfo.az xəbər verir ki, NBC telekanalının amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı Donald Trampın “Azadlıq layihəsi”nin (Project Freedom) İranı kəskin cavab addımlarına və hücumlara təşvik edəcəyindən ciddi narahatdır. Bu qorxular fonunda Hörmüz boğazının azad edilməsi üzrə planlaşdırılan hərbi əməliyyatın yaxın vaxtlarda bərpa olunmayacağı bildirilir.
Hörmüz boğazında İranla ABŞ arasında yenidən toqquşma baş verib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Hörmüz boğazında artıq bir neçə saatdır İran ordusu ilə ABŞ-a məxsus gəmilər arasında fasilələrlə atışmalar davam edir.
İran Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni qaydaları açıqlayıb.
Fars körfəzi və Hörmüz boğazında yeni bir mərhələ formalaşmaqdadır. Primeinfo.az xəbər verir ki, bu, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamneyinin bəyanatında öz əksini tapıb.
“ABŞ-nin əsas məqsədi Hörmüz boğazına nəzarət etməkdir. Bununla faktiki olaraq Çin iqtisadiyyatı üzərində də nəzarət qura bilər”.
İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb. “İran indicə bizə bildirdi ki, onlar “çökmə vəziyyətindədir”.
ABŞ Hörmüz boğazının blokadasını davam etdirsə, İran ordusunun cavabı ilə üzləşəcək. “Fars”ın xəbərinə görə, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bəyanat yayıb. Bildirilib ki, ABŞ-ın İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, İran ordusu buna güclü şəkildə reaksiya verəcək.
Almaniya Hörmüz boğazında mümkün əməliyyatlara hazırlıq çərçivəsində əvvəlcədən Aralıq dənizinə hərbi gəmilər göndərməyi planlaşdırır. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Rheinische Post” qəzetinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, məqsəd Bundestaqdan mandat alındıqdan sonra vaxt itkisinin qarşısını almaqdır: “Vaxta qənaət etmək üçün bəzi alman bölmələrini əvvəlcədən Aralıq dənizinə göndərmək qərarına gəldik ki, sonradan əlavə gecikmə olmasın”.
İran Rusiya da daxil olmaqla, bir neçə ölkə üçün Hörmüz boğazından keçid tariflərinə istisnalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib. Onun sözlərinə görə, bu güzəştlər qlobal miqyasda Tehrana dost ölkələrə şamil olunur.
Hörmüz boğazından keçməyə çalışan iki gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və İran sahillərinə gətirilib. İran mediasının xəbərinə görə, bu barədə SEPAH bəyanat yayıb. Bildirilib ki, Hörmüz boğazında “ağıllı nəzarət” çərçivəsində bu gün səhər “MSC-Francesca” və “Epaminodes” adlı gəmilər qanunsuz olaraq, gizli şəkildə və naviqasiya sistemlərinə müdaxilə etməklə Hörmüz boğazından çıxmağa çalışarkən SEPAH tərəfindən saxlanılıb.