Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gürcüstan

Gürcüstanlı jurnalist və bloqerlər Şuşada - FOTO

Gürcüstanlı jurnalist və bloqerlər Şuşada - FOTO

Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Şuşa şəhəri üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin binası qarşısına gəliblər. Burada media mənsublarına şəhərin tarixi, mədəniyyət abidələri, eləcə də Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verilib.

Gürcüstanın keçmiş Baş naziri istintaqa cəlb olunub

Gürcüstanın keçmiş Baş naziri istintaqa cəlb olunub

Gürcüstanın həbsdə olan keçmiş Baş naziri İrakli Qaribaşvili hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı istintaqa cəlb edilib. Primeinfo.az xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin nümayəndələri keçmiş hökumət başçısının saxlanıldığı Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisəyə daxil olublar. İrakli Qaribaşvili bu yaxınlarda yaydığı müraciətdə Lazare Corbenadzenin intiharının əsl səbəbinə diqqət çəkməsi ilə bağlı dindirilir.

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb. Primeinfo.az Oxu.Az–a istinadən xəbər verir ki, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib. Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb.

XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllinə tam dəstəyini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib. “Azərbaycan Gürcüstanla strateji tərəfdaşlığını və yaxın qonşuluq münasibətlərini yüksək qiymətləndirir və iki ölkə arasında uzunmüddətli əlaqələrin daha da möhkəmləndirilməsinə sadiqdir”, – deyə paylaşımda bildirilib.

Gürcüstanda kütləvi elektrik enerjisi KƏSİNTİSİ

Gürcüstanda kütləvi elektrik enerjisi KƏSİNTİSİ

Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb. Primeinfo.az xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb. Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb.

Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib. Primeinfo.az xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib. Tinatin Ruxadze vəzifəsini tərk etməsini sağlamlıq durumu ilə əlaqələndirib.

Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyulub

Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyulub

Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi – Qeyd) kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ata ocağında onun ev-muzeyinin yaradılmasına başlanılıb və muzey binasının təməli qoyulub. Primeinfo.az xəbər verir ki, təməlqoyma mərasimində çıxış edənlər bildiriblər ki, Zəlimxan Yaqub doğma Kəpənəkçi kəndində “Poeziya Evi”nin yaradılmasını arzulayırdı. Qeyd olunub ki, gələcəkdə ev-muzeyi saz-söz sənətinin, poeziyanın yaşadıldığı mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək.

Türkmənistan Prezidenti Gürcüstana gedəcək

Türkmənistan Prezidenti Gürcüstana gedəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sabah Gürcüstana rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti yayıb. Səfər çərçivəsində Sərdar Berdiməhəmmədov gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirəcək.

Güclü leysan yağışları Telavidə ciddi problemlər yaradıb - FOTO

Güclü leysan yağışları Telavidə ciddi problemlər yaradıb - FOTO

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ciddi problemlər yaradıb. Primeinfo.az  xəbər verir ki, ən böyük ziyan Telavi bələdiyyəsinə dəyib. Yağan güclü yağış nəticəsində Telavi dərəsində suyun səviyyəsi qalxıb və dərə yatağı daşıb.