
Georgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən G. Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM-da Gürcüstanın daimi nümayəndəsi vəzifəsində çalışıb.
Müxtəlif illərdə Giorgi Zakaraşvili Gürcüstan Xarici İşlər Nazirliyinin Siyasi departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində də işləyib.
Diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.