Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gürcüstan

Şavkat Mirziyoyev Gürcüstana gedib

Şavkat Mirziyoyev Gürcüstana gedib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Gürcüstana dövlət səfəri edib. Primeinfo.az xəbər verir ki, Özbəkistan dövlət başçısını Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili qarşılayıb. Şavkat Mirziyoyev səfər çərçivəsində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO

Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib. Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.

Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO

Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO

Gürcüstan parlamentinin plenar iclasında dava düşüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, fiziki qarşıdurmada Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının deputatları və “Gürcü Arzusu”nun üzvləri iştirak ediblər. Münaqişə “Gürcüstan naminə” partiyasının deputatı Georgi Şaraşidzenin çıxışından sonra başlayıb.

Vuçiç Gürcüstana getdi

Vuçiç Gürcüstana getdi

Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstana rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili qarşılayıb. Vuçiç səfər çərçivəsində gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşəcək.

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks Kəşfiyyat Xidməti xarici ölkələrə casusluq edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib. Primeinfo.az  xəbər verir ki, nəticədə iki xarici ölkənin xüsusi xidmət orqanlarına məlumat ötürən QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib. DTX-da keçirilən brifinqdə bildirilib ki, istintaq nəticəsində qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbərinin maddi mənfəət əldə etmək və xarici ölkənin maraqlarını təmin etmək üçün sistemli şəkildə kəşfiyyat məlumatlarını xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub.

Saakaşvili: "Gürcüstana qayıtmağımda rus agentlərinin rolu olub"

Saakaşvili: "Gürcüstana qayıtmağımda rus agentlərinin rolu olub"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bildirib ki, onun Gürcüstana qayıtması qərarında ətrafındakı “Rusiya agenti” rol oynayıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Saakaşvili bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən proses zamanı danışıb. Onun sözlərinə görə, yaxın çevrəsində olan bir şəxs onu davamlı şəkildə Gürcüstana qayıtmağa razı salıb və sonradan məlumatlarını hakimiyyətə ötürüb.

Tokayev Gürcüstana gedəcək

Tokayev Gürcüstana gedəcək

Kasım-Jomart Tokayev yaxın vaxtlarda Gürcüstana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayevin səfəri Tbilisi ilə Astana arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Kobaxidze: "Gürcüstanda sovet dövründə verilmiş mənzillərin özəlləşdirilməsi başa çatıb"

Kobaxidze: "Gürcüstanda sovet dövründə verilmiş mənzillərin özəlləşdirilməsi başa çatıb"

Gürcüstanda sovet dövründə vətəndaşlara verilmiş yaşayış sahələrinin özəlləşdirilməsi prosesi tam başa çatıb. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, bununla şəhər sabitliyi və fərdi mülkiyyət hüquqları üçün aydın hüquqi baza formalaşdırılıb.