Gürcüstan ilə Azərbaycan arasında yüksəkvəzifəli dövlət rəsmilərinin səfərləri və görüşləri bizim üçün çox vacib əhəmiyyətlidir. Bu cür səfərlərin nəticəsidir ki, iki ölkə arasında münasibətlər intensiv inkişaf edir və daha da genişlənərək müxtəlif sahələrdə əməkdaşlıqla nəticələnir. Primeinfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə dövlət səfərini şərh edərkən deyib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.
2 aprel tarixində Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub. Primeinfo.az 24News.ge-yə istinadən xəbər verir ki, hadisəyə səbəb olan münaqişə martın 26-da, mərhum ilə 22 yaşlı şəxs arasında toy məclisində başlayıb. Bildirilir ki, ağır cinayətdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu toy günü qisas almaqla hədələyib.
Bu gün Gürcüstanın Telavi bələdiyyəsinin Tsinandali kəndində VII Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilir.
Parlamentlərin üzvləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər.
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanlı həmkarı Giorgi Qvarakidzenin dəvəti ilə fevralın 23-də Tbilisi şəhərinə işgüzar səfərə gedib. Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, nümayəndə heyəti Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı, Ulu Öndərin burada ucaldılan abidəsini ziyarət edib. Gürcüstan Baş Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Gürcüstan Azərbaycan üçün dost ölkə olmaqla yanaşı, strateji tərəfdaşdır.
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən edib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, tariflər mövzusu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşündə əsas müzakirə mövzusu olub.
“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə edilən sülh müqaviləsi bütün Cənubi Qafqaz üçün transformasiya imkanları açır. Gürcüstan bu müqavilənin mümkün etdiyi sabitliyə və rifaha həm töhfə verə, həm də əhəmiyyətli dərəcədə faydalana bilər”. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Gürcüstanın “Netgazeti” nəşrinə bildirilib.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 9 fevralda Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.