Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib. Primeinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir. Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.
“Azərbaycan, Ermənistan və Gürcüstanda bankların əsas maliyyə göstəriciləri güclü olaraq qalır və tarixi orta səviyyələri üstələyir”. Primeinfo.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib. Reytinq agentliyi qeyd edib ki, güclü iqtisadi artım, suveren kredit profillərinin yaxşılaşması və Ukrayna müharibəsi fonunda yaranan dolayı təsirlər bank sektorunun performansını dəstəkləyib.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edir. Primeinfo.az xəbər verir ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.
Gürcüstanda Azərbaycan sərhədinədək uzanan Tbilisi-Bakurtsixe-Laqodexi beynəlxalq avtomagistralının Tsnori-Laqodexi hissəsinin inşası ilə bağlı beynəlxalq tender elan olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib. Ümumi uzunluğu 40,4 kilometr təşkil edəcək yol ikizolaqlı olacaq.
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili məhkəmə zalındaca həbs edilərək Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Primeinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda sabiq hökumət başçısı xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı üzrə təqsirli bilinib.
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq. Primeinfo.az xəbər verir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib.
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Maka Botçorişvili arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub. Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.
Ötən gün saxlanılan Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib. Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.