
Gürcüstanda yenidən elektrik enerjisi ilə təchizatda problem yaranıb.
Primeinfo.az xəbər verir ki, Tbilisi və bölgələrin əksər hissəsi saat 20:10-dan etibarən işıqsız qalıb.
Ölkədə analoji problem iyulun 24 və 25-də də yaşanıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti elektrik enerjisi kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.