Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb

25.07.2026 17:47

Gürcüstanda elektrik problemi səbəbindən Bakı-Tbilisi qatarı yolda qalıb

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.

Paylaş: