Xəbər axtarın

Son axtarış nəticələri:

Sankt-Peterburq dronların kütləvi zərbəsinə məruz qalıb

06.06.2026 10:15

Sankt-Peterburq dronların kütləvi zərbəsinə məruz qalıb

Rusiyanın Sankt-Peterburq şəhəri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

Primeinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov sosial şəbəkələrdə məlumat yayıb.

“İyunun 6-sı səhər saatlarında Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri işləyir”, – o yazıb.

A.Beqlov sakinlərə küçəyə çıxmamağı tövsiyə edib və mobil internetin işində mümkün fasilələrin ola biləcəyini bildirib.

Qubernator dronların sayı və mümkün dağıntılar barədə dəqiq məlumat verməyib.

Paylaş: