
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sabah Gürcüstana rəsmi səfər edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti yayıb. Səfər çərçivəsində Sərdar Berdiməhəmmədov gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirəcək.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional məsələləri müzakirə edəcəklər.