Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan, Gürcüstan və Türkiyə XTQ-lərin birgə təlimi başa çatıb

27.06.2026 17:02

Azərbaycan, Gürcüstan və Türkiyə XTQ-lərin birgə təlimi başa çatıb

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən “Qafqaz Qartalı – 2026” birgə taktiki-xüsusi təlimi başa çatıb.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin bağlanış mərasiminə iştirakçı ölkələrdən yüksəksəviyyəli qonaqlar qatılıblar.

Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını bildiriblər.

Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilib.­

Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Paylaş: