“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da dərinləşdirmək istəyirik”.
Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına gəlib.
Gürcüstanın 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan olan turistlərdən gəliri 48,1 milyon dollar təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 % azdır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında ölkə beynəlxalq turizmdən 829,8 milyon dollar məbləğində gəlir əldə edib, bu da il ərzində 0,5 % artım deməkdir. Əsas ölkələrdən ümumi daxilolmalar aşağıdakı kimi paylanıb: Aİ – 140,7 milyon dollar (36 % artım), Türkiyə – 120,1 milyon dollar (12 % artım), Azərbaycan – 48,1 milyon dollar (1 % azalma), Ukrayna – 45,3 milyon dollar (34 % artım), Ermənistan – 28,8 milyon dollar (2 % artım), Belarus – 16 milyon dollar (1 % artım), Səudiyyə Ərəbistanı – 12,9 milyon dollar (48 % artım).
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. Görüş zamanı beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 10 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2 500 icazə blankının mübadiləsi barədə razılıq əldə olunub.
Martın 5-də Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.
AZCON Holding şirkətlərindən olan ADY-nin sədri Rövşən Rüstəmovun Daşkəndə səfəri çərçivəsində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşünün yekunu olaraq Gürcüstan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv olub. Primeinfo.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu mühüm qərar Orta Dəhlizin cənub qanadı olan Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların daha da cəlbedici olmasına, ümumilikdə regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri müzakirə edilib. Həmçinin Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi haqqında yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına şərait yaradacağı vurğulanıb.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Group”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.