Bu gün Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkədən çıxarıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkiyə, Çin, Hindistan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriyadan olan 87 vətəndaş ölkədən çıxarılıb.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 306,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,2 milyon dollar və ya 21 faiz çoxdur.
Türkiyə noyabr ayında Azərbaycan-Gürcüstan sərhədində “C-130” hərbi-nəqliyyat təyyarəsi qəzasının araşdırılmasını davam etdirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
“Suverenlik və müstəqilliyin təmin edilməsi Azərbaycanla Gürcüstanın gündəlik mübarizəsi və ən mühüm məqsədidir”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib. O, xarici müdaxilə və milli suverenliyin ziddiyyət təşkil etdiyini vurğulayıb: “Qanuni yolla seçilmiş hökumətlərə qarşı bu cür müdaxilələr suverenlik və müstəqillik mübarizəsini labüd edir”.
Gürcüstan uzun illər ərzində Azərbaycan, Rusiya və Ermənistana olan borcunu avqustda tam ödəyib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinə istinadən TASS yayıb. Bildirilib ki, Gürcüstanın son dövrlərdə Azərbaycan və Ermənistana borcu təqribən eyni olub və 1 milyon dollardan az təşkil edib.