Xəbər axtarın

Son axtarış nəticələri:

İrakli Kobaxidze Azərbaycana gəldi

18.05.2026 11:35

İrakli Kobaxidze Azərbaycana gəldi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına gəlib.

Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, İrakli Kobaxidze tədbirdə çıxış edəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edir.

Paylaş: