Xəbər axtarın

Son axtarış nəticələri:

100 ildən sonra Kərkükü yenidən Türk idarə edəcək - Türkmən lider VALİ SEÇİLDİ - FOTO - VİDEO

17.04.2026 12:23

100 ildən sonra Kərkükü yenidən Türk idarə edəcək - Türkmən lider VALİ SEÇİLDİ - FOTO - VİDEO

İraq Türkmən Cəbhəsinin başqanı Mehmet Seman Ağa Kərkük vilayətinin valisi seçilib.

Primeinfo.az xəbər verir ki, aprelin 16-da Kərkük Vilayət Məclisində keçirilən toplantıda keçmiş vali Rebvar Tahanın istefası qəbul edilib və məclis üzvləri Mehmet Seman Ağanı yeni vali seçiblər.

Bununla da Kərkükün idarəçiliyi 100 ildən sonra ilk dəfə türkmənlərin sərəncamına keçib.

Mehmet Seman Ağa 1982-ci ildə İraqın Kərkük şəhərində anadan olub. 1999-2004-cü illərdə Türkiyədə, Qazi Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Eyni zamanda Kərkük Universitetinin kompüter proqramlaşdırılması ixtisasını da bitirib.

O, uzun illərdir İraq siyasətində türkmən icmasını təmsil edir. İraq türkmənlərinin son illərdə yetişdirdiyi ən fəal və sistemli siyasi fiqurlardan biri hesab olunur. Onun siyasi xətti açıq şəkildə türk milliyyətçi ideologiyasına yaxınlığı ilə seçilir.

Şəhərin yeni valisinin türkmən siyasi düşərgəsinə mənsub şəxsin olması regionda ciddi rezonans doğurub. Bu xəbər həm İraq daxilində, həm də beynəlxalq mediada geniş müzakirə olunur.

Paylaş: