Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Çin

Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir.