Böyük yeddilik ölkələri nadir torpaq mineralları üzrə Çindən asılılığı azaltmaq barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri Satsuki Katayama G7 maliyyə nazirlərinin danışıqlarından sonra açıqlama verib. Bildirilib ki, Katayama, həmçinin Çinin Yaponiyaya ikili təyinatlı malların ixracına tətbiq etdiyi embarqo ilə bağlı Tokionun mövqeyini həmkarlarına çatdırıb.
Çin, İran və Rusiya Cənubi Afrika Respublikasının sularında hərbi təlimlərə başlayıb. Primeinfo.az ”Reuters“ə istinadən xəbər verir ki, “BRİCS Plus” adlandırılan təlimlər tranzit yollarının və dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlər keçirir. “Müharibə oyunlarına” hərbi dəniz donanmasının 20-dən çox gəmisi və hərbi hava qüvvələrinin 130 təyyarəsi cəlb olunub. Manevrlərə “Ədalət missiyası – 2025” adı verilib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi “Sevinc Mall” Ticarət Mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib: “Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
“Azərbaycanın belə böyük kənd təsərrüfatı potensialı ilə, bu qədər məhsulu ilə biz niyə ərzağımızı Çindən və ya başqa ölkədən alırıq?”
Fransa Prezidenti Emmanuel Makronun Çinə üçgünlük dövlət səfəri başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TV5Monde” məlumat yayıb. Dekabrın 4-də Fransa prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü nəzərdə tutulub.
Çinin Honq Konq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib. “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə şəfa arzulayırıq”, – qeyd olunub.
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə o, “Truth Social” hesabında yazıb. “Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub.