Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Şimali Koreya

Şimali Koreya lideri Kim Çen Inın Çin səfəri başa çatıb

Şimali Koreya lideri Kim Çen Inın Çin səfəri başa çatıb

Şimali Koreya lideri Kim Çen Inın Çinə birgünlük səfəri baş çatıb. Primeinfo.az Koreya mediasına istinadən xəbər verir ki,Kim Çen In oktyabrın 24-də səhər saatlarında iki ölkəni birləşdirən yeni açılmış körpüdən keçərək Çinin Dandon şəhərinə səfər edib. Onu Çin Kommunist Partiyası Siyasi Bürosunun daimi komitəsinin üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Hunin qarşılayıb.

Kim Çen In Çinin Dandun şəhərində avtomobil zavodunu ziyarət edib - Yenilənib

Kim Çen In Çinin Dandun şəhərində avtomobil zavodunu ziyarət edib - Yenilənib

Şimali Koreya lideri Kim Çen Inın Çinin Dandun əyalətinə səfəri zamanı onu ÇXR sədri Si Cinpinqin əsas məsləhətçilərindən biri olan Van Hunin müşayiət edib. Primeinfo.az xəbər verir ki,bu barədə “Xinhua” agentliyi xəbər verir. Bildirilir ki, o, Kim Çen Ina Si Cinpinqin səmimi salamlarını və ən xoş arzularını çatdırıb.

Şimali Koreya lideri Çinə səfər edib

Şimali Koreya lideri Çinə səfər edib

Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib. Primeinfo.az “Yonhap”a istinadən xəbər verir ki,Kim Çen In bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib. Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FOTO

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FOTO

Şimali Koreya lideri Kim Çen İn oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib. Primeinfoə.az xəbər verir ki, Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda Koreya Mərkəzi Telegraf Agentliyi (KMTA) sözügedən tədbirdən fotolar yayımlayıb. Təqdim olunan fotolarda Kim Çen İnin uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür.

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahından imtina etməsi mövzusu gündəlikdən tamamilə və həmişəlik çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) tərəfindən dərc olunmuş bəyanatında deyilir. “ABŞ və onun müttəfiqlərinin boş anti-Koreya ritorikası, eləcə də razılaşdırılmış təhdidləri bizim nüvə dövləti kimi dəyişməz statusumuza təsir edə bilməz, denuklearizasiya məsələsi yenidən baxılma imkanı olmadan, birdəfəlik bağlanıb”, – sənəddə qeyd olunur.

Kim Çen Inı vursalar, cavabı nüvə silahı olacaq

Kim Çen Inı vursalar, cavabı nüvə silahı olacaq

  Şimali Koreyada konstitusyaya hakimiyyət rəhbərliyinin həyatına sui-qəsd edilməsi və ya hərbi komandanlığın pozulması halında avtomatik olaraq nüvə silahı ilə cavab verilməsini nəzərdə tutan düzəliş əlavə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Kim Çen In öldürülərsə və ya ölkənin komandanlıq strukturlarına hücum edilərsə, nüvə silahının buraxılması artıq ayrıca bir əmr tələb etməyəcək.