Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: nazirlər kabineti

Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi - QƏRAR

Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi - QƏRAR

Nazirlər Kabineti “Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nı təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi qaydalarını müəyyən edir.

Xaricdən telefon gətirənlərin nəzərinə - gömrük rüsumu belə HESABLANACAQ

Xaricdən telefon gətirənlərin nəzərinə - gömrük rüsumu belə HESABLANACAQ

Hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək. Primeinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda edilən dəyişikliklərdə əksini tapıb. Qərara əsasən, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mobil cihazların gömrük dəyəri bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri (Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar) ilə müəyyən edilmiş bir aylıq həddən artıq olduğu halda ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Xəstəlik vərəqələrinin tərtibatında dəyişiklik edilib - QƏRAR

Xəstəlik vərəqələrinin tərtibatında dəyişiklik edilib - QƏRAR

Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimatda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla təlimata əlavə edilən yeni hissəyə görə, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.

Xüsusi icra məmurlarına bu haqlar ödəniləcək

Xüsusi icra məmurlarına bu haqlar ödəniləcək

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icra məmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib. Primeinfo.az-ın məlumatına görə, Qanuna əsasən, xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir. Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.

Xüsusi karantin rejiminin müddəti uzadılıb

Xüsusi karantin rejiminin müddəti uzadılıb

  Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Əli Əsədov Aşqabadda İrakli Kobaxidze ilə görüşüb

Əli Əsədov Aşqabadda İrakli Kobaxidze ilə görüşüb

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

Azərbaycan İdman Akademiyasının statusu dəyişdirildi

Azərbaycan İdman Akademiyasının statusu dəyişdirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib, nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İdman Akademiyası büdcədən maliyyələşən qurumlar siyahısından çıxarılıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan İdman Akademiyası nazirliyinin strukturuna daxil olmayan tabeliyində publik hüquqi şəxs olacaq.

Gələn il Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək

Gələn il Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən bildirilib. İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov dünya ölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarını Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun daha bir bariz göstəricisi olduğunu qeyd edib.