Xəbər axtarın

Son axtarış nəticələri:

Yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı gələn il Azərbaycanda keçiriləcək

03.12.2025 11:53

Yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı gələn il Azərbaycanda keçiriləcək
Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının yarışları gələn il Azərbaycanda keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransında federasiyanın prezidenti Aleksandr Çupriyan deyib.

Onun sözlərinə görə, federasiya hər il yeni ölkələrin qoşulması ilə daha da genişlənir və güclənir:

“Gələn il çempionatın Azərbaycanda keçirilməsi mühüm hadisədir. Hazırda beynəlxalq federasiyanı üç qitəni təmsil edən 35-ə yaxın ölkə birləşdirir və bu geniş əməkdaşlıq şəbəkəsi bizim əsas gücümüzdür. Düşünürəm ki, idman və işgüzar proqramla yanaşı, biz burada bu gözəl ölkənin ab-havasını, mədəniyyətini, həyat tərzini və ənənələrini də yaxından tanıya biləcəyik. Bu isə əməkdaşlığımızı daha da yaxınlaşdıracaq və gücləndirəcək”.

Paylaş: