Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Miqrasiya

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Primeinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan xarici diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə, eləcə də onlarla yaşayan ailə üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək. Layihəyə əsasən, həmin şəxslərin qeydiyyatı elektron sistem vasitəsilə aparılacaq, Azərbaycanda müvəqqəti olma müddətləri isə yeni viza verilməsi yolu ilə uzadılacaq.

ABŞ-də erməni icmasına "miqrasiya zərbəsi"

ABŞ-də erməni icmasına "miqrasiya zərbəsi"

ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrasiya siyasətini kəskinləşdirməsi Şimali Amerikadakı erməni icması üçün ciddi böhranla nəticələnib. Primeinfo.az xəbər verir ki,erməni diasporunun əsas mərkəzi hesab olunan Kaliforniya ştatının Qlenddeyl şəhərində (Los-Anceles dairəsi) ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) tərəfindən genişmiqyaslı reydlərə başlanılıb. Sosial şəbəkələrdə immiqrasiya polisinin həyata keçirdiyi sərt saxlanılma anlarının kadrları sürətlə yayılır.

Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə edib

Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə edib

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi etirazlara münasibət bildirərək ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb. Primeinfo.az xəbər verir ki,bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib. ABŞ Prezidenti Fransada yaranmış vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib.

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı

Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlandı

2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycan üzrə miqrasiya saldosu açıqlanıb. Primeinfo.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu dövr ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 964 nəfər qeydə alınıb.