ABŞ dövlət katibi və Ermənistanın xarici işlər naziri “TRIPP” layihəsinin (“Tramp marşrutu”) həyata keçirilməsi üzrə saziş imzalayıb və Ağ Ev rəhbəri Cənubi Qafqazı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi nəzərdən keçirir. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib. “Bu, Ermənistanın rolunun artması deməkdir”, – Paşinyan bildirib.
TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir.
TRIPP layihəsi çərçivəsində Meğri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır.
ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu TRIPP layihəsinin keçdiyi ərazilərdə sahə araşdırmaları aparmaq üçün AECOM şirkətinin əməkdaşlarını Ermənistana göndərib.
TRIPP layihəsi Cənubi Qafqazda güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və davamlı sülhün dəstəklənməsi yolunda tarixi addımdır. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor Bişkekdə keçirilən “B5+1” biznes forumunda bəyan edib. “Ermənistan və Azərbaycanı birləşdirən tarixi sülh sammitindən (İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə 8 avqust 2025-ci il tarixli Vaşinqton sammiti) bəri biz “Tramp Marşrutu”nu (TRIPP) təşviq etməyə davam edirik.
TRIPP (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib.
“Tramp marşrutu” (TRIPP) layihəsinin icrası ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsaslanır və Aİ bu məsələyə daha geniş regional əlaqəlilik çərçivəsində baxaraq ABŞ-la danışıqlar aparır.
Ermənistan Vaşinqton Bəyannaməsinin nəticələrinə əsasən “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə diqqət yetirir və onun hüquqi əsasları və tənzimlənməsi üzrə razılaşma əldə etmək üçün ABŞ ilə fəal danışıqlar aparır.
TRIPP layihəsi mütləq reallaşdırılacaq. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.