Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan TRIPP-in həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb. Primeinfo.az xəbər verir ki, liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
TRIPP layihəsi ortamüddətli perspektivdə regional bağlantıları gücləndirə, ticarət və investisiyaları dəstəkləyə bilər.
ABŞ və Ermənistan arasında TRIPP layihəsi müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “X” hesabında bildirib. O, ABŞ konqresmeni Abraham Hamade ilə görüşü zamanı regional vəziyyəti, TRIPP layihəsini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdiyini qeyd edib.
Ermənistan və İran arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma əldə olunub. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan bildirib. Onun sözlərinə görə, ABŞ və İran arasında mövcud gərginlik layihənin həyata keçirilməsinə mane olmayacaq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Aryeh Lightstone ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə Transxəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov da iştirak edib.
“TRIPP layihəsi gizli məqsədlər daşımır və region ölkələrinin, o cümlədən İranın maraqlarına cavab verir”. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib: “Ermənistanın blokadadan çıxmalıdır və region da blokadadan çıxmalıdır. Bu isə avtomobil və qatarların hərəkətini, elektrik enerjisi, ehtimal ki, neft, qaz boru kəmərlərinin və kabellərin tranzitini nəzərdə tutur.
Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi Azərbaycan tərəfinə bildirilib.
TRIPP layihəsi Avrasiya İqtisadi İttifaqının gömrük qaydalarına uyğun şəkildə həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə jurnalistlərin Ermənistanın Aİİ üzvlüyü nəzərə alınmaqla “Tramp marşrutu”nun necə icra olunacağı ilə bağlı sualını cavablandırarkən Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib. Safaryan qeyd edib ki, bu mərhələdə layihənin Rusiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi ilə bağlı heç bir problem müşahidə olunmur.
“Rusiya pay almaq istəyir. Rəsmi Moskva deyir ki, Tramp yolu olsun, amma rus şirkətləri də orada iştirak etsin. Eyni zamanda, ABŞ də buna etiraz etmir. Rusiya istəyir ki, layihəni ləğv etsin. Əgər layihənin ləğvi alınmırsa, orada iştirakçılardan biri, yəni pay sahibi olsun”.
Ermənistan ABŞ ilə “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə Çərçivə sazişi imzalayıb, sənəd ratifikasiyaya hazırdır.