Xəbər axtarın

Son axtarış nəticələri:

Mirzoyan: "Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb"

04.06.2026 12:46

Mirzoyan: "Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb"

Ermənistan ABŞ ilə “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə Çərçivə sazişi imzalayıb, sənəd ratifikasiyaya hazırdır.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.

“Bir neçə saniyə əvvəl mən ABŞ və Ermənistan arasında TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” – red.) layihəsi üzrə Çərçivə sazişini imzaladım”, – o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi Marko Rubio bu sənədi mayın 26-da paraflayıblar.

M.Rubio bu sənədi iyunun 3-də imzalayıb.

Paylaş: