
“Rusiya pay almaq istəyir. Rəsmi Moskva deyir ki, Tramp yolu olsun, amma rus şirkətləri də orada iştirak etsin. Eyni zamanda, ABŞ də buna etiraz etmir. Rusiya istəyir ki, layihəni ləğv etsin. Əgər layihənin ləğvi alınmırsa, orada iştirakçılardan biri, yəni pay sahibi olsun”.
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, əslində Rusiya bu məsələnin uzanacağını gözləyirdi, lakin ABŞ artıq layihə üçün ciddi yatırımlar göndərir.
Davamı “Qırmızı masa”da: