
“Xankəndi” ən böyük arzusuna çatıb.
Primeinfo.az xəbər verir ki,2024-cü ildə fəaliyyətə başlayan klub bundan sonra təmsilçisi olduğu şəhərdə çıxış edəcək.
“Xankəndi”nin rəhbərliyi bu gün Gənclər və İdman Nazirliyində (GİN) olub, yüksək səviyyədə görüş keçirib.
GİN balansında yer alan şəhər stadionunu onlara icarəyə verməyə razılaşıb.
Gələn həftə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Müqaviləyə əsasən, «Xankəndi» I Liqanın növbəti mövsümündə ev oyunlarına doğma məkanda çıxacaq.
Adını çəkdiyimiz klub Region Liqasının və II Liqanın qalibidir. Sentyabrda I Liqada debüt edəcəklər.
Komanda ötən müddətdə Bakıda fəaliyyət göstərib. Ümumiyyətlə, Xankəndiyə dönüşlə yeni cığırın əsası qoyulmuş sayılacaq. Çünki Qarabağ bölgəsinin işğaldan azad olunmasından sonra hələ heç bir klub orada yurd-yuva salmayıb.