
İranın Ali Rəhbəri Seyyid Müctəba Xamneyi 2 dəfə ölümdən dönüb.
Primeinfo.az xəbər verir ki, bunu Xuzistan əyalətinin Ekspertlər Şurasının nümayəndəsi Mohsen Heydəri “Əl-Arabi TV”-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, fevralın 28-də başlayan ABŞ-İsrail təcavüzü zamanı Müctəba Xamneyi atası ilə birlikdə Rəhbərlik dəftərxanasənda olub:
“O, Ramazan ayında baş verən hücumda yaralanıb. Müctəba Xamneyinin yaralandığı və xəstəxanaya aparıldığı təsdiqləndikdən sonra Tehrandakı 3 xəstəxanaya hava hücumü edilib. Ayətullah Xamneyi sayca üçüncü xəstəxanada olub və dağıntılar altından çıxarılıb”, – deyə Möhsen Heydəri qeyd edib.
Heydəri vurğulayıb ki, martın 8-də Ekspertlər Şurasının iclasında yeni Ali Rəhbər seçilərkən Müctəba Xamneyinin sağ-salamat olduğuna dair dəqiq məlumatdan sonra onun namizədliyi müzakirəyə çıxarılıb.
Xatırlatma: fevralın 28-dı İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamneyi şəhid olub. Bundan sonra ölkəyə prezident, parlament sədri və məhkəmə hakimiyyəti başçısından ibarət üçlük rəhbərlik edib. Martın 8-də Müctəba Xamneyi İslam Respublikasının yeni Ali Rəhbəri seçilib.
Möhsen Heydərinin bir müddət əvvəl verdiyi izaha görə, Ekspertlər Şurasında daha 2 namizəd nəzərdən keçirilib: Ayətullah Laricani və Ayətullah Ərafi. Lakin əksəriyyətin rəyi ilə Müctəba Xamneyi lider seçilib.