Əli Xamenei ilə kütləvi vida mərasimi zamanı şəhərdə böyük insan izdihamı qeydə alınıb. Şəhərin müxtəlif istiqamətlərindən İmam Xomeyni rəsmi musəllasına (Böyük ibadət zalı) doğru axın edən çoxsaylı insanlar nəqliyyatın sıxlığı və yolların qapanması səbəbindən magistralın ortasında kütləvi şəkildə namaz qılıblar. Primeinfo.az xəbər verir ki, rəsmi mənbələrin və hadisə yerindən yayılan canlı görüntülərin verdiyi məlumata görə, paytaxtın mərkəzi yolları ilə hərəkət edən mərasim iştirakçıları ibadət vaxtı yetişdikdə magistral yolların müəyyən hissələrində dayanaraq namaz qılmaq məcburiyyətində qalıblar.
Bu gün səhər saatlarından başlayaraq İranda ölkənin keçmiş dini lideri Seyid Əli Xamneyi ilə vida mərasimi keçirilir.
İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda “qətiyyətli cavabla” üzləşəcəklərini bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb. “İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq.
İran hakimiyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin dəfn mərasimlərinin rəsmi proqramını açıqlayıb. İran dövlət mediasının, o cümlədən Tasnim agentliyinin yaydığı məlumata görə, vida mərasimləri 4 iyul tarixində Tehranda başlayacaq, son dəfn mərasimi isə 9 iyulda Xamneyinin doğulduğu Məşhəd şəhərində keçiriləcək. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, məlumata əsasən, 4-5 iyul tarixlərində Xamneyinin cənazəsi Tehrandakı İmam Xomeyni Müsəllasında xalqın ziyarətinə açıq olacaq.
Rusiya ilə yanaşı İran da Ermənistana təzyiqləri artırır. Paşinyan üçün bu təzyiqlərdən qurtulmağın yeganə yolu isə Azərbaycanla sülh sazişinin imzalamasıdır…
Serbiya silahların, pilotsuz uçuş aparatlarının (PUA) və digər müdafiə sistemlərinin yerləşdirilməsi üçün yeraltı sığınacaqların yaradılmasında İranın ABŞ və İsraillə hərbi qarşıdurma zamanı əldə etdiyi təcrübədən yararlanacaq. Primeinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin Silahlı Qüvvələrinin nümunəvi atışlarından sonra jurnalistlərə açıqlamasında deyib. “Biz İranın nümunəsini tətbiq edəcəyik.
Bəhreynin Mühərrək vilayətində İran tərəfindən endirilən zərbə nəticəsində yaşayış binasına ziyan dəyib. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, İranın hücumu nəticəsində Mühərrək vilayətində yerləşən yaşayış binası zədələnib.
ABŞ nə vaxtsa İrana qarşı hərbi əməliyyatları bərpa etməyə məcbur olacaq və bu halda, ölkənin mövcudluğuna son qoyula bilər.
İsrailin müdafiə naziri İsrael Kats ABŞ, İsrail və Livan arasında imzalanmış razılaşmanı “tarixi hadisə” və “mühüm diplomatik uğur” adlandırıb. Primeinfo.az xəbər verir ki, onun sözlərinə görə, sənəd son onilliklər ərzində ilk dəfə İsrailin şimal sərhədində və Livanda daha təhlükəsiz reallığın formalaşmasına zəmin yarada bilər. Nazir bildirib ki, İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasını, o cümlədən Bofor silsiləsini tərk etməyəcək.
ABŞ kəşfiyyatının potensial hədəfləri analiz edərkən yol verdiyi səhvlər İrandakı məktəbə zərbə endirilməsinə səbəb olub. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Materialda qeyd olunur ki, buraxılan səhvlər arasında analitikin diqqətdən qaçan qeydləri və ABŞ kəşfiyyatının bir-biri ilə əlaqəsi olmayan sistemləri yer alıb.