Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır.  Primeinfo.az xəbər verir ki , İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

Danimarka Tehrandakı səfirliyini açdı

Danimarka Tehrandakı səfirliyini açdı

Aylarla davam edən məhdudiyyətlərdən sonra Danimarkanın Tehrandakı Səfirliyi yenidən fəaliyyətə başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə səfir Lars Rasmussen bildirib. Onun sözlərinə görə, Tehrandakı Danimarka səfirliyi yenidən vətəndaşlara xidmət göstərməyə başlayıb.

İranda banklara KİBERHÜCUM

İranda banklara KİBERHÜCUM

İranda banklara növbəti kiberhücum olub. Primeinfo.az-ın xəbərinə görə, kiberhücum üç dövlət bankının kart xidmətlərində fasilələrə səbəb olub. İranda bir neçə əsas banka qarşı ötən günlərdə həyata keçirilən kiberhücumlardan sonra bu gün baş verən yeni hücumlar bank xidmətlərində yenidən problemlər yaradıb.

Xamneyinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək

Xamneyinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək

Tehranda İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq. “Tasnim”in xəbərinə görə, bunu Xamneyinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə deyib. Onun sözlərinə görə, Xamneyi ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.

Pezeşkianın nüvə bəyanatı: ABŞ-la gizli razılaşma ehtimalı?

Pezeşkianın nüvə bəyanatı: ABŞ-la gizli razılaşma ehtimalı?

İran Prezidenti Məsud Pezeşkian “Mehr” agentliyinə verdiyi açıqlamada ölkəsi ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış “İslamabad memorandumu”nu yüksək qiymətləndirərək, bu sənədin tamamilə İranın milli maraqlarına uyğun olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, Pezeşkian iki ölkə arasında əldə olunmuş razılaşmanın regional və iqtisadi dividend bəxş edəcəyini vurğulayaraq bildirib: “İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların müsbət nəticələri tezliklə hər kəsə bəlli olacaq”. Dövlət başçısı sazişin ilkin iqtisadi səmərəsi kimi Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq İran vəsaitinin rəsmi Tehrana geri qaytarılacağını xüsusi qeyd edib.

CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb

CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb

Sutka ərzində Hörmüz boğazından dünya bazarlarına 17 milyon bareldən çox neft və digər yüklər daşıyan 55 ticarət gəmisi keçib. Primeinfo.az  xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir. Məlumata görə, Amerika Silahlı Qüvvələri gəmiçilik azadlığını dəstəkləmək məqsədilə boğaz ərazisində fəaliyyətini davam etdirir.

Əraqçi təcili İsveçrəyə GEDİR - Kritik danışıqlar başlayır

Əraqçi təcili İsveçrəyə GEDİR - Kritik danışıqlar başlayır

İranın baş danışıqçısı Abbas Əraqçi bu axşam İsveçrəyə yola düşür. Səfər zamanı onu Pakistanın daxili işlər naziri müşayiət edəcək. Primeinfo.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, nümayəndə heyəti danışıqları davam etdirmək üçün İsveçrəyə səfər edir.

Əraqçi: ABŞ ilə danışıqların əsas şərti Livanda atəşkəsdir

Əraqçi: ABŞ ilə danışıqların əsas şərti Livanda atəşkəsdir

İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ ilə danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat paylaşıb. Məlumata görə, Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə getməyi planlaşdırır, lakin İsrail və Livanın atəşkəs barədə razılığa gəlib-gəlməyəcəyindən asılı olaraq vəziyyət “hələ də dəyişə bilər”.