Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

İranda uçuşlar ləğv olunub

İranda uçuşlar ləğv olunub

İranda bütün uçuşlar ləğv edilib. Primeinfo.az-ın məlumatına görə, İranın Hava Limanları və Hava Naviqasiyası Şirkəti Mülki Aviasiya Təşkilatı tərəfindən ölkənin qərbində hava məkanının bağlanması ilə bağlı rəsmi uçuş bildirişinin (NOTAM) verildiyini açıqlayıb. Qurum bildirib ki, bununla əlaqədar ölkə üzrə bütün hava limanlarında həyata keçirilən uçuşlar müvafiq bildirişədək ləğv olunub və həyata keçirilməyəcək.

ABŞ-dən İranla bağlı ŞOK QƏRAR

ABŞ-dən İranla bağlı ŞOK QƏRAR

Yaxın Şərqdə regional gərginliyin artması fonunda Vaşinqton administrasiyası Fars körfəzi regionundakı müttəfiqlərini dəstəkləmək məqsədilə kəskin maliyyə addımları atmağa hazırlaşır.

Ukrayna kəşfiyyatından səs-küylü İFŞA

Ukrayna kəşfiyyatından səs-küylü İFŞA

Moskva və Tehran arasında hərbi-texniki əməkdaşlıq yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. Rusiyanın İrana çoxməqsədli qırıcı təyyarələrlə yanaşı, geniş arsenalda raket sistemləri də tədarük etdiyi məlum olub. Primeinfo.az xəbər verir ki, Ukrayna kəşfiyyatının əldə etdiyi və mətbuata sızdırılan məlumatlara görə, Rusiya İrana “Su-35” qırıcı təyyarələrində istifadə olunmaq üçün ən azı 327 ədəd “hava-hava” və “hava-yer” tipli raket satıb.

Fars körfəzində gərgin anlar: Xarq adası yaxınlığında güclü partlayış

Fars körfəzində gərgin anlar: Xarq adası yaxınlığında güclü partlayış

Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin son dərəcə gərgin olduğu bir vaxtda Fars körfəzində strateji əhəmiyyət kəsb edən ərazidə güclü partlayış səsləri qeydə alınıb. Hadisə bölgədə narahatlığı daha da artırıb. Primeinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyi Fars körfəzində yerləşən strateji Xarq adası yaxınlığında güclü partlayışın baş verdiyi barədə məlumat yayıb.

İranda aksiyalarda polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib

İranda aksiyalarda polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib

İranda yanvar aksiyalarının daha bir iştirakçısı edam olunub. “Mizan”ın məlumatına görə, Fəthullah Avari adlı şəxs bu ilin yanvarında Həmədan şəhərində aksiyalar zamanı polis əməkdaşını bıçaqlayaraq öldürməkdə təqsirli bilinib. Bildirilir ki, ölüm hökmü məhkəmə instansiyalarında bütün hüquqi mərhələlərdən keçdikdən və İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

İrandan Küveyt aeroportuna DRON ZƏRBƏSİ : ölən və xəsarət alanlar var - YENİLƏNİB

İrandan Küveyt aeroportuna DRON ZƏRBƏSİ : ölən və xəsarət alanlar var - YENİLƏNİB

İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb. *** 10:25 İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib və təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb.

Xamneyi üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Xamneyi üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi vida mərasimindən sonra Məşhəd şəhərində dəfn olunacaq. Primeinfo.az-ın məlumatına görə, Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib ki, iyunun ortalarında İranın keçmiş Ali Rəhbəri ilə vida mərasimi üçün 3 günlük proqram hazırlanır. O bildirib ki, Tehranda keçiriləcək vida mərasiminin bir gün davam edəcəyi gözlənilir, bundan sonra Xamneyinin nəşi Qum şəhərinə, daha sonra isə Məşhədə aparılacaq.