Bəhreyn vətəndaşlarının İran və İraqa səfər etməsini növbəti xəbərdarlığa qədər qadağan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Qərara səbəb olaraq, “təhlüksəziliklə bağlı vəziyyətdə davam edən gərginliklər” göstərilib.
İran Prezidenti Məsud Pezeşkian Yaponiya Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb. Primeinfo.az IRNA agentliyinə istinadən xəbər verir ki, Pezeşkian Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə hazır olduqlarını bildirib. Yaponiya Baş naziri Hörmüz boğazında gəmilərin hərəkətinin tam bərpasına çağırış edib.
İranda Prezident Məsud Pezeşkianın mümkün istefası ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib.
İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur. Primeinfo.az xəbər verir ki, “Iran International”ın yaydığı məlumata görə, Pezeşkian istefa ərizəsi yazaraq onu Müctəba Xameneinin ofisinə göndərib. Məlumata əsasən, İran prezidenti bu qərarını ölkə idarəçiliyində SEPAH komandirlərinin dominant mövqe tutması ilə əlaqələndirib.
İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən, bir hissəsi isə ölkənin xüsusi şəraitindən yaranan təzyiqlərdən qaynaqlanır. Primeinfo.az-ın “Tasnim” agentliyinə istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib. O qeyd edib ki, hökumət ölkənin mövcud çətinliklərdən ən az xərc və zərərlə çıxması üçün var gücü ilə çalışır.
İran ilə Amerika Birləşmiş Ştatları arasında gələcəkdə imzalanması nəzərdə tutulan tarixi sazişin yerinə yetirilməsinə hansı qüvvələrin nəzarət edəcəyi ilə bağlı Tehranda çox ciddi və gizli müzakirələr başlayıb.
İran yeraltı hərbi obyektlərində hələ də təxminən 1000 ədəd raket saxlayır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu CNN telekanalı kəşfiyyat və hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda xüsusi olaraq qeyd olunur ki, ABŞ və İsrailin bundan əvvəl həyata keçirdiyi intensiv hava hücumlarına və hərbi əməliyyatlara baxmayaraq, rəsmi Tehranın raket arsenalının əhəmiyyətli və ən təhlükəli hissəsi hələ də yerin altında, xüsusi mühafizə olunan bazalarda təhlükəsiz şəkildə qalmaqdadır.
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin həlli üçün saziş layihəsinin şərtlərini sərtləşdirib.
Pəhləvilər sülaləsinin başçısı və İran monarxiyasının varisi Rza Pəhləvi Odessaya gedib. Primeinfo.az xəbər verir ki, bu barədə jurnalist Anar Natiqoğlu məlumat verib. Hazırda molla rejiminə qarşı İran müxalifətinin ən məşhur simalarından olan Pəhləvi Qara Dəniz Təhlükəsizlik Forumunda iştirak edəcək.
İranda keçmiş qarışıq döyüş sənətləri (MMA) çempionu, beynəlxalq hakim Qolamrza Xani Şəkərab İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və casusluqda təqsirli bilinərək edam edilib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, İran hakimiyyəti Şəkərabı İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda və təxribat şəbəkəsinin fəaliyyətində iştırakda təqsirli bilib.