Xəbər axtarın

Son axtarış nəticələri:

Trampdan İrana qarşı sərt xəbərdarlıq: "Mövcudluğunuza son qoyulacaq"

28.06.2026 11:15

Trampdan İrana qarşı sərt xəbərdarlıq: "Mövcudluğunuza son qoyulacaq"

ABŞ nə vaxtsa İrana qarşı hərbi əməliyyatları bərpa etməyə məcbur olacaq və bu halda, ölkənin mövcudluğuna son qoyula bilər.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yazıb: “Onların (İran rəsmilərinin – red.) heç vaxt dərs çıxarmamaları tamamilə mümkündür! Artıq rasional hərəkət edə bilməyəcəyimiz və uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağımız bir nöqtə gələ bilər. Əgər bu baş verərsə, İran İslam Respublikasının mövcudluğuna son qoyulacaq”.

Paylaş: