ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsini humanitar yardım almaq üçün istifadə etməsini nəzərdə tutan bir mexanizm üzərində birgə işləyirlər. Primeinfo.az xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, Tehran əvvəlcə Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə bilər.
İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib. Primeinfo.az xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib. “Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli olduğu qənaətinə gəlib”, – o deyib.
ABŞ administrasiyasının rəsmiləri İranla sazişin 14 iyunda imzalanacağına əmindirlər. Primeinfo.az xəbər verir ki , ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bu barədə “ABC News” telekanalına müsahibəsində bildirib. “Mən əminəm, komanda əmindir.
İranda bəzi media orqanları ABŞ ilə razılaşma imzalanmasına qarşı bir qrup hökumət tərəfdarının etiraz aksiyası keçirməsinin görüntülərini yayıb. Primeinfo.az bildirir ki, Tehrandakı İbn Sina meydanında keçirilən aksiyada xarici işlər naziri Abbas Əraqçi və parlament spikeri Məhəmməd Qalibaf əleyhinə şüarlar səsləndirilib. Onlara qarşı “Qalibaf, Əraqçi istefa, istefa”, “Qalibaf, Əraqçi bəs mənim liderimin qanı nə olacaq?” şüarları səsləndirilib.
Hər iki tərəf gələcək proseslərlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.
ABŞ və İran arasında sabah imzalanması gözlənilən tarixi sülh sazişi İslam Respublikasını daxildən qarışdırıb. Ölkədə sənədin şərtlərinə qarşı kütləvi xalq etirazları dalğası sürətlə genişlənməkdədir. Musavat.com “Fars” agentliyinə istinadən xəbər verir ki, İranda keçirilən son rəy sorğularının nəticələrinə görə, ölkə əhalisinin rəsmən 80 faizi Vaşinqtonla masaya yatırılan bu sazişin qəti şəkildə əleyhinədir.
ABŞ və İran sabah sülh sazişini elektron formatda imzalayacaqlar.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu barədə Primeinfo.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
İranda əhalinin narazılığı getdikcə artır. Bu narazılığın əsas səbəbi isə Hizbullahdır…
İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib. Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.