Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Zelenski Xəzərdəki insidentlə bağlı - "İran Ukraynaya hücum edəcək"

27.07.2026 11:47

TƏCİLİ: Zelenski Xəzərdəki insidentlə bağlı - "İran Ukraynaya hücum edəcək"

Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizindəki insidentlə bağlı İranın təhdidlərinə münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, 0, bu barədə “Sky News”a danışıb.

“İran və Şimali Koreya Ukraynaya hücum edəcək. Ehtiyatlı olmalıyıq. Yeni cəbhə açmamaq üçün hər şeyi etməliyik. Amma dürüst olmalıyıq: iranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”, – deyə o qeyd edib.

Zelenski İranın hücumlarını artırmayacağına ümid etdiyini, amma hər şeyə hazır olmalı olduqlarını vurğulayıb:

“Bu insanlara etibar edə bilmərik, çünki lap əvvəldən, bizim tərəfimizdən heç bir eskalasiya olmadan, iranlılar (Rusiyaya) silah tədarük ediblər”.

Xatırladaq ki, İran Ukraynanı Xəzər dənizində gəmilərindən birinə hücum etməkdə ittiham edib. Xəzər dənizindəki hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib.

İran Xarici İşlər Nazirliyi hadisədən sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb. İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Ukraynanın İran ticarət gəmisinə hücumu cavabsız qalmayacaq.

Paylaş: