Xəbər axtarın

Son axtarış nəticələri:

Netanyahu: Razılaşmadan asılı olmayaraq, İranın nüvə silahı olmayacaq

09.08.2026 19:15

Netanyahu: Razılaşmadan asılı olmayaraq, İranın nüvə silahı olmayacaq

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

Primeinfo.az AFP-ə istinadən xəbər verir ki, Netanyahu bunu hökumətin iclasında deyib.

“Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən Baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, – Netanyahu bildirib.

İsrailin Baş naziri bu mövqeyin İranla bağlı diplomatik danışıqların nəticəsindən asılı olmadığını vurğulayıb.

Paylaş: