Tramp: "İran üçün son tarix sabahdır"
İran üçün son tarix sabahdır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp İrana ultimatumunun son tarixinin sabah bitdiyini xatırladıb.
İran üçün son tarix sabahdır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp İrana ultimatumunun son tarixinin sabah bitdiyini xatırladıb.
İran mətbuatı İranın Əsəluyə şəhərindəki “Cənubi Pars” neft-kimya kompleksində partlayışlar barədə məlumat verib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Fars News” agentliyi məlumat yayıb. Hücum Əsəluyə bölgəsindəki bütün neft-kimya müəssisələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.
ABŞ Prezidenti Donald Tramp İranı saziş bağlamayacağı və ya Hörmüz boğazını açmayacağı təqdirdə 48 saat ərzində “cəhənnəm yaşatmaq”la hədələyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri general Seyid Məcid Xadəmi öldürülüb.
İranın hava hücumları nəticəsində İraq vətəndaşı öldürüldükdən sonra İraq İranla cənubdakı Şələmçeh sərhəd keçid məntəqəsini bağlayıb. Primeinfo.az xəbər verir ki, bu haqda “Reuters” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı əlavə məlumat verilməyib.
İran İslamabaddakı danışıqlardan imtina etməyib, lakin Tehran Yaxın Şərqdə müharibənin dayandırılması şərtlərindən narahatdır. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında bildirib. Diplomat əlavə edib ki, Amerika mediası İslam Respublikasının danışıqlarla bağlı mövqeyini təhrif edir.
Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.
ABŞ-nin İranla davam edən hərbi münaqişədə 48 saatlıq atəşkəs təklif etsə də, Tehran bu təklifi rədd edərək hücumlarını davam etdirəcəyini bildirib.
İran ordusu pilotsuz uçuş aparatları ilə İordaniya və Küveytdə ABŞ hərbçilərinin dislokasiya məntəqələrinə, həmçinin Bəhreyndə iri alüminium zavoduna zərbələr endirib. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb. Məlumata görə, İran ordusu bu gün PUA-larla İordaniyada ABŞ ordusunun avadanlıq, təminat anbarına, Küveytdə ABŞ-ın zirehli briqadasının mexanikləşdirilmiş batalyonunun yerləşdiyi “Camp Afifjan” bazasına və Bəhreyndə ABŞ-ın hərbi sənayesinin təchizatçısı olan ən böyük alüminium zavoduna zərbələr endirib.