Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: İranda narazılıq artır - SƏBƏB BUDUR - VİDEO

11.06.2026 15:37

TƏCİLİ: İranda narazılıq artır - SƏBƏB BUDUR - VİDEO

“İranda əhalinin narazılığı getdikcə artır. Bu narazılığın əsas səbəbi isə Hizbullahdır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Onun sözlərinə görə, hazırda İranın ən böyük problemlərindən biri su ilə bağlıdır:

“İnsanlar da haqlı olaraq sual verirlər ki, bu qədər problemlər varkən, Hizbullahı düşünürsən? Hətta küçələrə çıxarkən də İran bayraqlarının yanında Hizbullahın bayrağı da qaldırılır”.

Ekspert onu da əlavə edib ki, İranda teokratik rejim qurulandan etibarən Hizbullah başda olmaqla, proksi qüvvələrə xüsusi önəm verilib. Burada da əsas məqsəd İsrailə qarşı təsir vasitəsini əldən verməməkdir.

Davamı “Qırmızı masa”da:

Paylaş: