Xəbər axtarın

Son axtarış nəticələri:

Yəmən ordusu Səna aeroportunun uçuş-enmə zolağını vurub - YENİLƏNİB

13.07.2026 16:28

Yəmən ordusu Səna aeroportunun uçuş-enmə zolağını vurub - YENİLƏNİB

Yəməndə Səna beynəlxalq hava limanına hücumun məqsədi İrandan gələn təyyarənin enişinə maneə törətmək olub.

Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb.

Yəmən ordusu İran təyyarəsinin enişini dayandırmaq üçün Səna hava limanının uçuş-enmə zolağını hədəfə aldığını bildirib.

İran mediası isə “A-340” tipli təyyarənin hücumlara baxmayaraq, eniş etmək üçün hündürlüyü tədricən azaltmaqda olduğuna dair məlumat yayıb. “Fars” agentliyi isə təyyarənin hava limanına eniş etdiyini yazıb.

Qeyd edək ki, Yəmənin paytaxtı Səna İranla əlaqəli Husilərin nəzarəti altındadır, beynəlxalq səviyyədə tanınmış və Səudiyyə Ərəbistanı və digər Körfəz dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərən hökumət isə Yəmənin cənubundakı Ədən şəhərində fəaliyyət göstərir.

***

15:37

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənada beynəlxalq hava limanını vurub.

Primeinfo.az “Əl-Məsirə” kanalına istinadən xəbər verir ki, yerli sakinlər paytaxt səmasında qırıcıların uçduğunu bildirib.

Sənaya nəzarət edən “Ənsarullah” hərəkatı (husilər) isə hücumların cavabsız qalmayacağını açıqlayıb.

Paylaş: